dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda mebel sexində yanğın olub

Bakıda mebel sexində yanğın olub

Bakıda mebel təmiri sexində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın şəhərin Binəqədi rayonunda qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 60 m² olan ikimərtəbəli mebel təmiri sexinin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan tikilinin birinci mərtəbəsinin lambirindən ibarət tavanı əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR