dini radikalizm və ekstremizmlə mübarizə

Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var



Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun rayonun Yuxarı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə dəyib. Daha sonra hər iki avtomobil zərbənin gücündən ərazidə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmirdən hazırlanmış giriş qapılarına çırpılıb.

"VAZ 21013" markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər. Yaralılardan Z.Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 181
Oxşar xəbərlər
SON XƏBƏRLƏR