Mingəçevir Dövlət Universitetində "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Yaşıl İnformasiya Texnologiyaları həftəsi"nin açılış konfransı keçirilib. Konfransda Universitetinin rektoru Şahin Bayramov, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr iştirak ediblər.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildilib, daha sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rektor Şahin Bayramov konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının yaratdığı imkanları diqqətə çatdırıb, “Yaşıl İnformasiya Texnologiyaları həftəsi"nin məqsədini açıqlayıb. “MDU 2030: İnkişaf Strategiyası”nın dayanıqlı və rəqəmsal inkişaf hədəflərindən bəhs edilib, startap fəaliyyətinə fəal cəlb olunan tələbə və əməkdaşlara təşəkkürünü bildirib, qonaqlarımıza və tərəfdaşlarımıza minnətdarlığını ifadə edib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Sevinc Həsənova, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının direktoru Elvin Balacanov, Gazi Üniversitesinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yilmaz, Kiber Təhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Milli Sec" şirkətinin icraçı direktoru Zaur Qasımov, Ankara Hacı Bayram Veli Üniversitesinin MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer və "Hl-Tech Invest" şirkətinin icraçı direktoru Orxan Nadirov çıxış ediblər.
Oxunub: 124