dini radikalizm və ekstremizmlə mübarizə

“Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin əvvəlində tələbə və şagirdlərin innovativ layihələrinin innovativ layihələrinin innovativ layihələri izlənilib


Xəbər verdiyimiz kimi, Mingəçevir Dövlət Universitetində "Yaşıl İnformasiya Texnologiyaları həftəsi keçirilir. Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin əvvəlində MDU tələbələrinin startap layihələrinin və Mingəçevir şəhər ümumtəhsil məktəbləri şagirdlərinin innovativ layihələrinin təqdimatını universitetin rektoru Şahin Bayramov, gələn qonaqlarla birgə izləyib.
Müasir baxışlı, yaradıcı düşüncəli, yüksək intellektli tələbə və şagirdlərin cəmiyyətə fayda qazandırmağı hədəfləyən innovativ ideyaları və onların təqdim etdikləri rəqəmsal həllər bütün iştirakçıların böyük marağına səbəb olub.
Rektor Şahin Bayramov qonaqlarla birlikdə hər bir komanda ilə səmimi söhbət edib, rəy və təkliflərini bölüşüb.
Sonda rektor Şahin Bayramov "Gənclərimizin bilik və bacarığı, onların özünəinamı hər birimizi qürurlandırdı!" - deyə qeyd edib.





Oxunub: 194
Oxşar xəbərlər
SON XƏBƏRLƏR