dini radikalizm və ekstremizmlə mübarizə

Asiya Çempionatının qalibləri vətənə qayıtdılar - VİDEO+FOTOLAR


Özbəkistanın Daşkənd şəhərində yeniyetmələr arasında Aşihara karate üzrə Asia Çempionatı keçirilib.

"AzPolitika"nın məlumatına görə, Azərbaycan yığma komandası yarışa 5 idmançıyla qoşulub.

Asiya çempionatlığında 1-ci yerin qalibi 258 nömrəli məktəbin 7-ci sinif şagirdi Babayev Yusif Namiq oğlu olub.

İbrahimov İslam Hilal oğlu 2-ci yeri qazanıb.

3-cü yerə Xasiyev Cavadxan Elçin oğlu layiq görülüb.

Ağayev Əkbər Rövşən oğlu isə yarışın texnikalı döyüşçüsü kimi fərqlənib.
Qalib idmançılarımızın məşqçisi dünya və Avropa çempionu, Şuşa fatehi Fərman Rəhimov olub. Federasiyanın prezidenti baş məşqçi Maarif Bağırovdur.

Asiya Çempionatının qalibi Yusif Babayev daha əvvəl keçirilən bir çox yarışlarda da uğurla çıxış edərək birincilik qazanıb. Onlardan bəzilərini təqdim edirik:

14.04.2024-cü ildə Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə Aşihara karate üzrə “Şəhidlərin xatirəsinə həsr olunmuş Bakı Kuboku”nda 55 kq çəki dərəcəsində 1-ci yerin qalibi.

“Mübariz İbrahimov Cəsarəti” kuboku.

24.12.2023-cü ildə keçirilən Karate üzrə Respublika Çempionatında 55 kq. çəki dərəcəsində ölkə birinciliyi və çempionatı.

Azərbaycan Aşihara Karate Federasiyasında 2 dəfə klub birinciliyi.


Oxunub: 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR