dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə avtomobil piyadanın ayaqlarının üstündən keçib

Mingəçevirdə avtomobil piyadanın ayaqlarının üstündən keçib
Mingəçevirdə avtomobil qadın piyadanın ayaqları üzərindən keçib.

ONA-nın məlumatına görə, hadisə ticarət mərkəzinin qarşısında baş verib.

Belə ki, “Mercedes” markalı minik maşını arxa istiqamətdə hərəkət edərkən piyada - 1958-ci il təvəllüdlü Bayramova Xəzəngül Əsgər qızının ayaqları üzərindən keçib. Daha sonra sürücü heç nə olmayıbmış kimi yoluna davam edib. Ətrafdakılar onu haraylasa da, sürücü buna məhəl qoymayıb. Digər vətəndaşların köməyi ilə yaralı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 504
Oxşar xəbərlər
SON XƏBƏRLƏR