dini radikalizm və ekstremizmlə mübarizə

Məscidin nəzir qutusundan pul oğurlayan HƏBS EDİLDİ

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sumqayıt ŞPİ3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR