"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.
Bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.
Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcəkç
"Sabah"ın ev oyunlarının təqvimi belədir:
II tur
13 oktyabr
20:45. "Sabah" – "Slaviya" (Çexiya)
III tur
20 oktyabr
20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)
V tur
25 noyabr
21:45. "Sabah" – "Barselona" (İspaniya)
VII tur
20 yanvar
21:45. "Sabah" – "Napoli" (İtaliya)
Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Mançester Yunayted" (İngiltərə) ilə noyabrın 10-da, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.
Oxunub: 0