dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetində “AI for Educators” adlı ilk intensiv praktiki təlim keçiriləcək


23–24 oktyabr 2026-cı il tarixlərində Xəzər Universitetində Yüksək Texnologiyalar və Süni İntellekt (ETAİ) Tədqiqat Mərkəzinin təşəbbüsü ilə ali təhsil müəssisələri üçün “AI for Educators” adlı iki günlük ilk intensiv praktiki təlim təşkil olunacaq.

Təlim proqramı çərçivəsində iştirakçılar süni intellekt vasitəsilə kurs və mühazirələrin dizaynı, tədris resurslarının hazırlanması, fərdiləşdirilmiş öyrənmə, qiymətləndirmə mexanizmlərinin yenidən qurulması və akademik fəaliyyət üçün süni intellekt strategiyalarının formalaşdırılması üzrə praktiki çalışmalar həyata keçirəcəklər. Həmçinin, proqram iştirakçıları öz real kurs materialları üzərində işləyərək yekunda süni intellektin tətbiqinə dair Fəaliyyət Planı hazırlayacaqlar.

Peşəkar təlimçi heyəti

İki gün davam edəcək təlim beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən aparılacaq:

Gloria Shkurti Özdemir – Xəzər Universitetinin Yeni Texnologiyalar və Süni İntellekt Tədqiqat Mərkəzinin və AEGIX İnstitutunun Tədqiqat direktoru. Süni intellekt siyasəti, təhlükəsizlik, rəqəmsal suverenlik və texnoloji transformasiya üzrə tanınmış tədqiqatçıdır.

Dolapo Fakuade – Böyük Britaniyanın Konventri Universitetinin (Coventry University) baş elmi işçisi və ETAI Tədqiqat Mərkəzinin üzvü. 15 ildən artıq beynəlxalq təcrübəyə malik ekspert süni intellekt, tədqiqat, təlim və siyasət istiqamətləri üzrə fəaliyyət göstərir.

Sertifikat və mühüm detallar

Təlimin hər iki gününü uğurla başa vuran iştirakçılara Xəzər Universiteti tərəfindən rəsmi “Bitirmə sertifikatı” (“Certificate of Completion”) təqdim olunacaq. Bu sənəd mütəxəssislərin gələcək akademik və peşəkar inkişafında mühüm rol oynayacaq.

Tarix: 23–24 oktyabr 2026-cı il

Saat: 10:00–17:00

Məkan: Xəzər Universiteti, Neftçilər Kampusu, Məhsəti küç. 41, Mərmər Zal

Təlimin dili: İngilis dili

İştirak haqqı: 300 AZN (AmCham üzvləri üçün 30% endirim tətbiq olunur)

Qeydiyyat üçün keçidə daxil ola bilərsiniz. Qeyd edək ki, qeydiyyat formasının təqdim edilməsi iştirakın avtomatik təsdiqlənməsi demək deyil; seçilmiş namizədlərə iştirak və ödənişlə bağlı əlavə məlumat göndəriləcək.

Oxunub: 22
Oxşar xəbərlər
SON XƏBƏRLƏR