dini radikalizm və ekstremizmlə mübarizə

Tovuz, Laçın və Xankəndidə baş verdiyi iddia edilən dəhşətli tibbi təxribatlar – İddialar nəticə doğurur?


Tovuz, Laçın və Xankəndidə tibb işçilərinin əli ilə törədildiyi iddia olunan dəhşətli təxribatlar üzə çıxır

Keçmiş illərdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərmiş bəzi tibb işçilərinin azərbaycanlı uşaqlara və xəstələrə qarşı qəsdən zərərli əməllər törətdiyi iddia olunur. İddialara əsasən, bu şəxslər müxtəlif illərdə xüsusi tapşırıqlar əsasında körpələrin həyatına son qoyub və ya onları şikəst ediblər.

Tovuz doğum evində şoke edən hadisə

Tovuz rayonunda yerləşən doğum evində 45 il tibb bacısı işləmiş Tamara Adamovanın əslində erməni əsilli Adamyan soyadlı qadın olduğu iddia olunur. Bildirilir ki, o, Tovuzda doğulan çoxsaylı oğlan uşaqlarının göbəyinə xüsusi hazırlanmış zəhər sürtərək onların ölümünə və ya şikəst qalmasına səbəb olub.

1973-cü ildə Tamara Adamova yeni anadan olmuş uşağın göbəyinə zəhərli maddə sürtərkən həkim Əsmər Orucova tərəfindən iş başında yaxalanıb. Həkimlə tibb bacısı arasında baş verən əlbəyaxadan sonra hadisə yerinə hüquq mühafizə orqanları və rayonun polis rəisi gəlib. Məsələ rayon partiya təşkilatı səviyyəsində araşdırılsa da, nəticədə Əsmər Orucova millətlər arasında nifaq salmaqda günahlandırılaraq işdən azad edilib. Tamara Adamovanın isə 1990-cı ildə Ermənistana köçərkən “Mən türklərdən qisasımı aldım, saysız-hesabsız oğlan uşağı öldürdüm” dediyi iddia edilir.

Laçın və Xankəndidə qeydə alınan digər təxribat iddiaları

Təqdim olunan məlumatlara görə, oxşar hallar digər bölgələrdə də yaşanıb. Laçın xəstəxanasının doğum şöbəsində çalışan Anna adlı şəxsin yenicə doğulmuş körpələrin göbəyinə birqəpiklik sikkə qoyub bağladığı və az müddətdən sonra uşaqların öldüyü iddia olunur. Onun bu yolla yüzə yaxın oğlan uşağını öldürə bildiyi qeyd edilir.

Bundan əlavə, Xankəndindəki xəstəxanada Edik adlı həkimin cərrahiyyə əməliyyatı etdiyi xəstələrin əksəriyyətinin bir neçə aydan sonra vəfat etdiyi bildirilir. Həmin dövrdə Daşlı kəndində yaşayan Abbas kişinin həkimin səriştəsizliyindən şikayətlənərək “Kirpi” jurnalına məqalə göndərdiyi də vurğulanır.

Qeyd: Mətndə səsləndirilən iddialar və faktlar araşdırmaçı-yazar Cəlaləddin Qasımovun materiallarına və ictimaiyyətdə dolaşan məlumatlara əsaslanır.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR