dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür


Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva və Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev 2026- cı il avqustun 31- də BP-nin vitse-prezidenti , Xəzər regionu üzrə regional vitse-prezidenti dosent Bəxtiyar Aslanbəyli ilə görüşmüşlər.

Görüş zamanı “BP Azərbaycan” ilə Xəzər Universiteti arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və universitetin BP-nin müxtəlif sosial, təhsil və ictimai layihələrində icraçı tərəfdaş (Implementing Partner) kimi iştirakı imkanları müzakirə edilmişdir.

Görüşün sonunda Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva universitet adından BP-nin vitse-prezidenti dosent Bəxtiyar Aslanbəyliyə xatirə hədiyyəsi təqdim etmişdir.

Görüş gələcəkdə “BP Azərbaycan” və Xəzər Universiteti arasında yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından faydalı fikir mübadiləsi ilə yadda qalmışdır.

Oxunub: 2
Oxşar xəbərlər
SON XƏBƏRLƏR