dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə “15 may - Beynəlxalq Ailə Günü” ilə bağlı tədbir təşkil olunmuşdur.


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Bu günün keçirilməsinin əsas məqsədi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Ulu öndərin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Qeyd olunanları nəzərə alaraq, 15 may 2026-cı il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı və Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “15 may - Beynəlxalq Ailə Günü” çərçivəsində “Ailə güclü dövlətin təməlidir” mövzusunda tədbir təşkil olunmuşdur. İlk öncə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, dövlət himni səsləndirilmiş və mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, bələdiyyə üzvləri, təhsil, mədəniyyət, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edirdilər. Çıxış edənlər günün əhəmiyyətini vurğulayaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsinin vacibliyini bildirmişlər.









Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR