dini radikalizm və ekstremizmlə mübarizə

Biləcəridə işıq olmayacaq

Biləcəridə işıq olmayacaq


Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə, Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxunub: 18
Oxşar xəbərlər
SON XƏBƏRLƏR