Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma ili” elan edilməsi ilə əlaqədar olaraq Xəzər Universitetində genişmiqyaslı tədbirlər planı icra olunur. Bu silsilənin tərkib hissəsi kimi, 2026-cı il mayın 6-da universitetin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun təqdimatında xüsusi dərs keçirilib.
“Ədəbiyyat və memarlıq” mövzusuna həsr olunmuş mühazirədə dosent Ülvi Babasoy hər iki sahəyə multidissiplinar kontekstdə yanaşaraq, fərqli sənət disiplinlərini birləşdirən vahid estetik meyarları təhlil edib. Dərs zamanı memarlıq və ədəbiyyatın özünüifadə üsulları arasındakı bənzərliklər elmi və bədii müstəvidə müqayisə olunub.
Tələbələrin böyük marağına səbəb olan mühazirədə xüsusilə aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılıb:
Narrativ memarlıq: Binaların və məkanların bir hekayə daşıyıcısı kimi çıxış etməsi və bu "oxunma" prosesinin ədəbi mətnlərlə əlaqəsi;
Milli irs və ədəbiyyat: Bakı və Qarabağ memarlıq incilərinin Azərbaycan ədəbiyyatındakı bədii inikası, klassik və müasir əsərlərdə bu abidələrin rəmzi mənası;
Vahid estetik çətir: Müxtəlif sənət növlərini ortaq nöqtədə birləşdirən müasir tendensiyalar.
Oxunub: 46