dini radikalizm və ekstremizmlə mübarizə

Xəzərin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib.


Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva 2026-cı il mayın 5-7-də London şəhərində keçirilən 3 günlük “Deep Dialogues: Business as Un-usual - Leadership in International Education Transformation” forumunda iştirak edib.
Forumun yekun günü ali təhsildə inklüzivlik, rəqəmsal transformasiya və institusional inkişaf mövzularına həsr olunub.
Günün ilk panel sessiyasında ali təhsildə inklüzivlik məsələləri müzakirə olunub. Çıxış edən ekspertlər universitetlərdə daha əlçatan və inklüziv mühitin yaradılması, institusional dəyişikliklərin təşviqi və müxtəlif ölkələrdə tətbiq olunan uğurlu təcrübələr barədə təqdimatlar ediblər.
Daha sonra keçirilən “Davamlı universitetlər üçün katalizator kimi rəqəmsal transformasiya” adlı vörkşopda ali təhsil müəssisələrində rəqəmsal mədəniyyətin inkişafı, strateji qərarvermə və innovativ idarəetmə yanaşmaları diqqət mərkəzində olub. Sessiyada iştirakçılar Jisc tərəfindən hazırlanmış rəqəmsal transformasiya alətləri və metodları ilə tanış olublar.
Forumun yekun hissəsində təşkil olunan interaktiv sessiyada iştirakçılar tədbir müddətində əldə etdikləri təcrübələri bölüşüb, gələcək əməkdaşlıq imkanları və ali təhsilin inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində iştirakçılar üçün University College London-un Təhsil İnstitutuna səfər və kampus turu da təşkil edilib. Səfər zamanı universitetin təhsil və innovasiya sahəsində fəaliyyəti barədə məlumat verilib, iştirakçılar akademik mühit və beynəlxalq təcrübələrlə tanış olublar. Yığcam Göstər


Oxunub: 45
Oxşar xəbərlər
SON XƏBƏRLƏR