Mingəçevir Turizm Kollecində 28 oktyabr 2025-ci il tarixində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Tədbirlər planı çərçivəsində “Əl işində 44 Günün ruhu” adlı rəsm sərgisi keçirilib.
Sərgidə şəhid ailələri, qazilər, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri, Mingəçevir Regional Turizm İdarəsinin rəisi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir Dövlət Universitetinin Sosial Məsələlər üzrə rektor müşaviri, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “River Side” otelinin rəhbəri, Kür Olimpiya Tədris-İdman Mərkəzinin direktoru, “Job İn Global” MMC-nin qanuni təsisçisi, “Hitech İnvest” MMC-nin əməkdaşı, həmçinin “Bölgə.az”, “Kanal 32”, “Mi-news.az” və “Azərbaycan Bələdiyyəsi” media nümayəndələri iştirak ediblər.
Sərgidən sonra şəhid ailələri ilə çay masası arxasında səmimi görüş keçirilib.
Tələbələr bir ay ərzində 44 günlük Vətən müharibəsini əks etdirən rəsmlər üzərində çalışaraq əsərlərini tədbirdə yekunlaşdırıblar.
Sərgi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş igid şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində ilk olaraq Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxış edərək 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlardan və gənclərin bu ruhda tərbiyəsinin vacibliyindən danışıb, həmçinin gələn qonaqlara öz təşəkkürünü bildirib. Daha sonra qonaqlar fikirlərini bölüşüblər. 
Sərgidə fərqlənən tələbələr təşəkkürnamələrlə təltif olunublar. 
Sonda tələbələr çəkdikləri rəsmləri şəhid ailələrinə hədiyyə ediblər.
ESMİRA HİDAYƏTOVA, MİNGƏÇEVİR
Oxunub: 223