dini radikalizm və ekstremizmlə mübarizə

Aprel şəhidlərinin xatirəsi yad olundu


Aprelin 3-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, DQİDK-nın Yevlax Regional Bölməsi və şəhər Təhsil sektoru ilə birgə “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsində yeri” adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanında aprel döyüşlərində həlak olan şəhidlərin, Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin məzarları üzərinə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər, ruhlarına dualar oxunub.
10 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ötən əsrin sonlarında xalqımızın məruz qaldığı düşmən məkrlərindın, torpaqlarımızın işğal edilməsindən, törədilən qətliamlardan danışıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Ordu quruculuğunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Aprel döyüşlərinin yaranma zərurətindən, qəhrəman əsgər də zabitlərimizin rəşadətlərindın söz açıb. İşğal altında qalan yurd yerlərimizin azad edilməsi uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, Antiterror əməliyyatlarında əldə olunan böyük Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından qürurla söhbət açıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbirdə DQİDK-nın Yevlax Regional Bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, şəhid anası İranə Həsənova, şəhid atası Oruc Əhmədov, Vətən müharibəsi iştirakçısı Elnur Qebidov çıxış ediblər.
Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş Tərtər rayonunun Talış kəndi və ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.
Tədbirdən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.

ESMİRA HİDAYƏTOVA










Oxunub: 46
Oxşar xəbərlər
SON XƏBƏRLƏR