dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Tibb Kollecində Novruz bayramı təntənə ilə qeyd edilib


Bayram tədbirində çıxış edən kollecin direktoru Fikrət Zeynalov tələbələri milli bayramımız olan Novruzun gəlişi münasibətilə təbrik etmiş, ölkəmizin qısa müddətdə əldə etdiyi böyük uğurlardan danışıb. Fikrət Zeynalov ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib, bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Mingəçevirdə də böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirib.

Daha sonra Novruz adətlərinin icrasına başlanılıb. Şənlikdə kollecin tələbələri tərəfindən müxtəlif rəqslər, mahnılar ifa olunub. milli xörəklər, şirniyyatlar, qədim əşyaların sərgisi nümayiş etdirilib. Meydana milli paltarda daxil olan oğlan və qızlar məharətlərini nümayiş etdiriblər. Tələbə gənclərin çıxışları maraqla qarşılanıb. Bayramsayağı bəzədilmiş təhsil ocağında kollecin bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Esmira Hidayətova,Mingəçevir.







Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR