Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.Bu münasibətlə şəhərin orta ümumtəhsil məktəblərində Novruz şənliyi keçirilir.Belə məktəblərdən biri də şəhid B.Şıxəliyev adını daşıyan 6 nömrəli məktəbdir.
17 mart 2025-ci il tarixdə Mingəçevir şəhid B.Şıxşəliyev adına 6 nömrəli tam orta məktəbdə Novruz şənliyi keçirildi. Tədbiri daha maraqlı etmək üçün şagirdlərin əl işlərindən ibarət 4 nominasiya üzrə müsabiqə elan olunub.Belə ki,nominasiyalar”ən yaxşı bəzəkli yumurta”,”ən yaxşı səməni”,”ən yaxşı xonça”,”ən yaxşı əl işi” olub.
Tədbirdən öncə şagirdlərin ifasında himn səsləndirilib.Daha sonra şəhidlərin ruhu anılıb.
Tədbiri təbrik sözü ilə məktəbin direktoru Xurşud Zamanova açdı. Bayram münasibəti ilə şagirdləri ,valideyinləri təbrik etdi. Bayramsayağı bəzədilmiş məktəbin həyəti şagirdlərin əl işləri ilə daha maraqlı və rəngarəng idi.
Daha sonra şagirdlərin çıxışında Novruz adət-ənələrindən danışıldı, bahara həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu. Həmçinin, rəqslər də nümayiş etdirildi. Şagirdlər şəhidləri də unutmadılar. Əllərində tutduqları şəhidlərin şəkilləri ilə rəqs etdilər. Keçəl və kosanın məzəli çıxışı tədbirə rəngarənglik qatdı. Şgirdlərin hazırladıqları əl işlərinə baxış keçirilidi. Onu da qeyd edək ki, şagirdlər böyük həvəslə düzəltdikləri əl işləri çox maraqlı və baxımlı idi.
Sonda 4 nominasiyadan ibarət əl işləri münsiflər heyəti tərəfindən qiymətləbdirildi.Daha yaxşı əl işləri olan siniflər məktəb rəhbərliyi tərəfindən qiymətləndirildi.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 11