Təbiətin oyanması Novruzun gəlişi ilə başlayır. Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir qorunub-yaşadılan ənənələrindən biri də bayram günlərində səliqə-səhman yaradılmasıdır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır. Mingəçevir şəhərində də bu adət-ənənələr qorunub saxlanılır .“Novruz bayramı ” ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq Mingəçevir şəhərində ümumşəhər iməcliyi keçirib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işləri müəyyən olunan yerlərdə ağacların əkilməsi üçün çalalar qazıb,ətrafda abadlıq işləri aparıblar.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iməciliyə ruh yüksəkliyi ilə qatılaraq ağac əkib və suvarıb.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev bildirib ki,İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri də aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.
İdarə rəisi onu da bildirdi ki,bu gün iməcilik zamanı 400 şam,sərv və geparis ağacları əkilib və ağaclara aqrotexniki qaydada qullq edilib.
İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 19