Mingəçevir bələdiyyəsinin üzvləri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə görüş keçirdilər.
İ.İsmayılov bələdiyyənin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı.
Bələdiyyə sədri Anar İsmayılov başçıya bələdiyyə üzvləri adından təşəkkürünü bildirdi və bələdiyyənin görəcəyi işlər, heyata keçirəcəyi layihələr barədə qısa məlumat verdi.
Bələdiyyənin sədr müavini Ədalət Quliyeva, üzvləri Cavid Xelilov, Şəmsinur Hüseynova bələdiyyənin tədbirlər planı ilə əlaqədar rəy və təkliflərini bildirdilər.
Görüş səmimi dialoqla başa çatdı.
Esmira Hidayətova
Oxunub: 192