dini radikalizm və ekstremizmlə mübarizə

Tanınmış həkim "Gənclər Günü" münasibətilə Azərbaycan gəncliyini təbrik etdi: "Azərbaycan gəncləri ən güclü potensiala malik gənclərdir"

Tanınmış həkim "Gənclər Günü" münasibətilə Azərbaycan gəncliyini təbrik etdi: "Azərbaycan gəncləri ən güclü potensiala malik gənclərdir"

Gənclik hər ölkənin taleyini müəyyən edən ən böyük toplumdur. Əgər ölkənin gəncliyi inkişaf edibsə o ölkə tarixin bütün sınaqlarından uğurla çıxa bilər. Bu baxımdan ölkəmizin gəncləri barədə həmişə müsbət fikirlər söyləmək olar. Azərbaycan gəncləri ən güclü potensiala malik, bütün çətinliklərin öhdəsindən qürurla gələ biləcək ən məğrur simalardır.

Bu fikirləri Azərbaycanın uğurlu karyerası olan gənclərindən biri olan Xüsusi prezident təqaüdçüsü, Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini elaçı mezunu, Tibb Universitetinin Onkolojı klinikasında internatura, Türkiyənin Hacettepe Universiteti, Rusiyanın Bloxin adına Elmi Tədqiqat Onkolojı merkezınde və "İnsburq" Universitet klinikasının gınekologıya bölümünde müxtəlif ixtisaslaşma kurslarını uğurla bitirən, Onkologıya ixtisasında tibb üzrə fəlsəfə doktoru, ATU-nun Onkoloji klinikasının onkoginekoloqu-cərrah ginekoloq Aynur Pənahova bildirib. Aynur Panahova gənclərə hər zaman qayğı göstərən, öz çalışdığı sahədə ehtiyacı olan gənc pasientlərə xüsusi qayğı və diqqət göstərən, eləcə də şəhid və qazi ailələrini profilaktik müayinələrə səsləyən yeganə həkimlərdən biridir.

Ənənəyə sadiq qalaraq A. Pənahova bu il də "Gənclər Günü" münasibətilə təşkil edilmiş tədbirə qatılan tanınmış cərrah ginekoloq mediaya açıqlamasında Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərə olan qayğısından söz açıb. O bildirib ki, ölkə rəhbərininin gənclərə olan qayğısı istər elm, istər təhsil, istər idman və bütün digər sahələrdə açıq aşkar hiss edilir.

A. Pənahova həmçinin bildirib ki, məhz bunun bariz nümunəsidir ki, ölkə rəhbəri hər il olduğu kimi bu il də bir neçə gənci gördüyü müxtəlif işlərə görə "Prezident Təqaüdçüsü" mükafatına layiq görüb.

Cərrah-ginekoloq Aynur Panahova həmçinin mediaya açıqlasında ölkə rəhbərinin "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə güvənirəm" tezisini təqdir edərək Azərbaycan gəncliyinə çox vacib müraciət edib:

"Azərbaycan Respublikası prezidentinin tezisini əsas götürərək gənclərimizə gələcək karyerasında uğurlar arzu edir, onlara şəhidlərimizi və onların ailələrini unutmamağa, Azərbaycanı təmsil etdikləri xarici tədbirlərdə, müxtəlif ölkələrdə şəhidlərimizi, müharibədə qazandığımız uğurları təbliğ etməyə çağırıram. "

Oxunub: 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR