dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Ombudsman Səbinə Əliyeva Vətən müharibəsi qazisinin toy şənliyində iştirak ediblər


Djb.az xəbər verir. Vətən müharibəsi qazisi Vəliyev Vəliəhəd Şakir oğlunun noyabrın 11 də toy şənliyi keçirilib. Qonaqlar arasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub. Qeyd edək ki, Vətən müharibəsi zamanı Zəngilan istiqamətindəki döyüşlər zamanı şəhid olduğu deyilən leytenant Vəliəhəd Vəliyev cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və xüsusi səyləri nəticəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən və girovluğundan azad olunmuşdu. Vətən müharibəsi qazisinin şad günündə yanında olan Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Ombudsman Səbinə Əliyeva qazimizi təbrik edib, ona xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu ediblər. Bildirilib ki, qazilərimizə diqqət və qayğı ən yüksək səviyyədə həyata keçirilir. Qeyd olunub ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq.

ALLAHVERƏN PƏRVIZOĞLU

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR