Djb.az xəbər verir. Milli məclisin deputatı Könül Nurullayeva sosial media hesabında yazır:
- Dəyərli həmvətənlərim,
Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasında iştirak edib, həmkarlarımla birgə gündəlikdəki məsələlər ətrafında müzakirələr apardıq. Belə ki, iclas zamanı Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı, Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbiri, eləcə də V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə görülən işlər barədə fikirlərimizi bölüşdük.
Nəzərinizə çatdırım ki, iclasında iştirak edənlər arasında Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Qayıbov, Zemfira Meftakhetdinova, baş katib Azər Əliyev, komitə üzvləri Mariana Vasileva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov və Ramil Hacı yer alıblar.
MOK-un İcraiyyə Komitəsinin üzvlərini bir daha səmimi-qəlbdən təbrik edir, idmanın inkişafı naminə bundan sonrakı fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzu edirəm!
Oxunub: 714