dini radikalizm və ekstremizmlə mübarizə

Elmarın şahmatdan başlayan uğur yolu...


7 yaşından qədim müdriklər oyunu sayılan şahmata böyük maraq göstərən Elmar Surxay oğlu Şahbazov artıq orta məktəbin 10-cu sinfində oxuyur. İlk uğurlarına da Biləsuvar rayon şahmat məktəbində təhsil aldığı kiçik yaşlarından imza atıb. 2013-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən şahmat turnirində 7 yaşlı Elmar yaşıdları arasında ilk dəfə birinci yerə layiq görülərək kuboku qazanıb. Bundan həvəslənən Elmar başqa 40 dan çox rayon yarışlarında, eləcə də, Bakı, Lənkəran Salyan şəhərlərində keçirilən şahmat turnirlərində sevimli müəllimlərinin etimadını layiqincə doğruldub, Fəxri fərmanlar və hədiyyələrlə geri dönüb. Elmar şahmatdan başlayan uğur yolunu bu gün təhsil aldığı Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəbində də müvəffəq nəticələri ilə davam etdirir. Bu günlərdə Respublika Fənn olimpiadalarında (RFO) yüksək nəticə (95 faiz) göstərən Elmar, RFO-nun respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Sağlam mühitdə- ziyalı ailəsində böyüyən Elmar balamızı yeni qələbəsi münasibətilə ürəkdən təbrik edir, qarşıda ona daha möhtəşəm nailiyyətlər arzulayırıq.

Qeyd edim ki, Elmar Şahbazov, yaxın dostum, Biləsuvarda hər kəsin böyük hörmət bəslədiyi "Region press" qəzetinin baş redaktoru Surxay Şahbazovun övladıdır.

Dərin hörmətlə:

Müşfiq Malik Muğanlı, AYB nin üzvü

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR