dini radikalizm və ekstremizmlə mübarizə

Xankəndidə nə baş verir? - 76 erməni ailəsi ilk dəfə Qarabağda

Xankəndidə nə baş verir? - 76 erməni ailəsi ilk dəfə Qarabağda

44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailə Xankəndiyə köçürülüb.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ümumilikdə isə Qarabağda ilk dəfə yerləşdirilən ermənilərin sayı 376-dır.

Təkcə ötən ay 8 erməni ailəsi (39 nəfər) Xankəndiyə köçürülüb. Daha 10 ailənin isə köçürülməsinə hazırlıq getdiyi bildirilib.

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Bir müddət öncə isə Azərbaycanın Qarabağ bölgəssinin rus sülhməramlılarının məsuliyyət zonasında hələ də qalmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan Qarabağda cəmi 35 minə qədər erməni olduğunu açıqlamışdı.

Azərbaycan xüsusi xidmət orqanlarına istinadla ölkə mediası isə Qarabağda ortalama 30 min erməni məskunlaşdırıldığını elan edib.

Oxunub: 442
Oxşar xəbərlər
SON XƏBƏRLƏR