dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhid İslamlı Ruhidin ailəsini ziyarət etdi


Djb.az xəbər verir ki, 1 aprel 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər İslamlı Ruhid Uğur oğlunun ailəsini ziyarət etmiş, sovqat aparmış və ailənin qayğıları ilə maraqlanmışlar. “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Ruhid İslamlının doğum günündə Vüqar Seyidov şəhidin ailəsinə təşkilat adından Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı və “Anım lövhəsi”ni təqdim etmişdir.


Oxunub: 695
Oxşar xəbərlər
SON XƏBƏRLƏR