dini radikalizm və ekstremizmlə mübarizə

“Tariximizə Zəfər həftəsi kimi düşən dövr yeni mərhələdən xəbər verir” - AÇIQLAMA

“Tariximizə Zəfər həftəsi kimi düşən dövr yeni mərhələdən xəbər verir” - AÇIQLAMA

“Yaşadığımız bu həftə bizim üçün 7 günə yox, əslində əsrə bərabər bir zamandır. Çünki əsrlərdən bəri torpaq itkisi ilə qarşılaşan Azərbaycan xalqı bu bir həftədə yeni bir tarix yazdı”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat vurğulayıb ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi: “Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu zəfər həftəsində xalqımız 30 ildir işğal altında olan əzəli torpaqlarımızın azad edilməsinin sevincini yaşadı. Əlbəttə, xalqımız bu sevinci yaşamaq üçün istər ön cəbhədə, istərsə arxa cəbhədə fədakarcasına vuruşdu. Nəticədə haqqı olanı aldı”.

Deputat qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Azərbaycan əsgəri yenilməz ordunun necə olduğunu göstərdi. Bir daha dünyaya sübut etdi ki, işğalçı orduya heç vaxt yenilməz ordu adı qoyulmaz. İşğalçı ordu ancaq terrorçuluqla məşğul olan ordu olar. Bizim apardığımız müharibə isə tam hərb qanunları çərçivəsində, qəhrəmancasına aparılan bir müharibə idi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə Zəfər həftəsi kimi həkk olundu”.

Oxunub: 323
Oxşar xəbərlər
SON XƏBƏRLƏR