Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademyasının Həmkarlar Komitəsinin sədri, YAP Nərimanov rayon gənclər birliyin sədri Professor Yusif Babanlı AHIK- in V qurultayı munasibəti ilə Cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.
P.S. Yusif Babanlı 15 ildə gözlərim önündə zərrə- zərrə, miskal-miskal qazandı uğurların. O, bir çoxları kimi atdığı addımları ilə reklama doğru qaçmadı. Hər zaman sadə və təvəzükarlığı ilə çoxlarından seçildi. Böyüklə, böyük kimi, kiçiklə kiçik kimi rəftar etməyi bacardı. Millətini sevdi, Dövlətinə sədaqətlə xidmət etdi və əldə etdiyi nailiyyətləri, uğurları zəhmətinin bəhrəsi oldu. Yusifi Yusif kimi tanıdan onun işinə məhəbbəti və məsuliyyəti oldu. Mən inanıram ki,Yusif Babanlı hansı məsul vəzifəyə layiq görülərsə o şərəflə tapşırılan işin öhdəsindən gələ bilər.
Bu münasibət ilə Yusif müəllimi öz adımdan və DJB.Az kollektivi adından təbrik edirəm və ona işlərində ugurlar arzu edirəm.
Almaz İlahə Əhmədova