İran Oman sahillərində neft tankerinə zərbə endirib, nəticədə bir nəfər ölüb.
Bu barədə "Al Jazeera" Oman Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum Maskat vilayətindən 52 dəniz mili (96 km) məsafədə kamikadze kateri vasitəsilə həyata keçirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib və bu da ekipaj üzvlərindən birinin ölümünə səbəb olub. 21 ekipaj üzvü təxliyə edilib.
Oman Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, həmin ərazidə olan gəmilərə naviqasiya xəbərdarlıqları göndərilib.
Oxunub: 116