dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB

Ukrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB


Ukrayna ordusunun Xerson və Xarkov vilayətlərində başlatdığı əks-hücum zamanı təqribən 3 min kvadratkilometr ərazi Rusiya qüvvələrindən geri alınıb.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 40-dan çox yaşayış məntəqəsi yenidən Ukraynaya qayıdıb.

Bundan əlavə, Ukraynanın şərqindəki Xarkov vilayətində toqquşmalar şiddətlənib. Ukrayna mənbələri sentyabrın 7-dən etibarən Xarkov vilayətində yaşayış məntəqələrinin alınmağa başladığını açıqlayıb.

***09:11

Ukrayna Silahlı Qüvvələri son sutkada 20-dən çox yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna SQ Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

"Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub", - deyə məlumatda qeyd olunub.

Oxunub: 215
Oxşar xəbərlər
SON XƏBƏRLƏR