dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: "Makronla Cənubi Qafqaz mövzusunda müzakirələr apardıq"

Ərdoğan: "Makronla Cənubi Qafqaz mövzusunda müzakirələr apardıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Zirvə Toplantısından sonra Nuvola Konqres Mərkəzində təşkil edilən mətbuat konfransında çıxış edib.

Djb.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi yazıb.

O, çıxışı zamanı bildirib ki, qlobal maliyyə sisteminə nəzarət edən təşkilatlar heç bir ağlabatan iqtisadi əsaslandırma olmadan siyasi manipulyasiya aləti olmamalıdır.

“Fərqli üsullarla peyvənd millətçiliyini saxlamaq və ÜST-ün beynəlxalq aləmdə tanıdığı peyvəndlərə qarşı ayrı-seçkilik etmək yolverilməzdir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, ekologiyanı ən çox çirkəndirən ölkələrin miqrasiya ilə mübarizəyə xərclədikləri vəsait iqlim dəyişikliyi ilə mübarizəyə xərclədikləri məbləğdən 2 dəfə çoxdur.

O, ABŞ Prezidenti Co Baydenlə görüşündən də danışıb: “Suriyadakı PKK/PYD terror təşkilatlarının ABŞ-dan aldıqları dəstəyə görə təəssüf hissimizi çatdırdıq. Sonrakı proseslərin belə davam etməyəcəyinə inanıram”.

Ərdoğan qeyd edib ki, mövcud Türkiyə ordusunun F-16-larının modernləşdirilməsi və ya yeni F-16-ların verilməsi məsələsi gündəmə gəlib.

“Baydenin F-16-ları almaq istəyimizlə bağlı mövqeyi müsbətdir”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşündə Cənubi Qafqazdakı atılan addımlarla bağlı müzakirə apardıqlarını deyib. O bildirib ki, görüş zamanı Yunanıstan, Əfqanıstan, Liviya, Suriya mövzusunda da müzakirə aparıblar.

Oxunub: 329
Oxşar xəbərlər
SON XƏBƏRLƏR