dini radikalizm və ekstremizmlə mübarizə

Böyük Britaniyada 71 nəfər koronavirusun qurbanına çevrilib

Böyük Britaniyada 71 nəfər koronavirusun qurbanına çevrilib

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 18 nəfər artaraq 71 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə İngiltərənin Milli Səhiyyə Sisteminin yaydığı məlumatda bildirilir.

“Analizlərinin nəticələri müsbət çıxan daha 14 nəfər dünyasını dəyişib”, - məlumatda belə deyilir.

Qeyd edək ki, bazar ertəsi günü axşam krallıqda virusdan ölənlərin sayının 53 nəfər olduğu deyilirdi. Bildirilir ki, ölənlərin hamısı digər xəstəliklərdən də əziyyət çəkən şəxslər olub. Onların hamısının yaşlı insanlar olduğu deyilir, yalnız bir nəfər 45 yaşında olub.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR