dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda sabiq prezidentin oğluna qarşı hücum faktına görə 5 nəfər saxlanılıb

Gürcüstanda sabiq prezidentin oğluna qarşı hücum faktına görə 5 nəfər saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyaya qarşı törədilmiş cinayət faktı ilə əlaqədar 5 nəfər saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 19-da naməlum şəxslər Qamsaxurdiyaya bıçaqlı hücum edib, faktla bağlı cinayət işi başlanılıb. Zərərçəkmişin qardaşı Konstantin Qamsaxurdiya öz növbəsində bildirib ki, o, ürək nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının üzərində bir neçə cərrahi əməliyyat aparılıb, hazırda vəziyyəti ağır kimi qiymətləndirilir.

“Cinayət işi ilə əlaqədar 5 nəfər saxlanılıb, onlardan biri adam öldürməyə cəhddə, digərləri isə cinayəti gizlətməkdə günahlandırılır”, - nazirliyin məlumatında belə deyilir. Bildirilir ki, insident zərərçəkmişin evinin yaxınlığında mübahisə zamanı baş verib.

Qeyd edək ki, zərərçəkmiş Tsotne Qamsaxurdiyanın adı Mixail Saakaşvilinin prezidentliyi dövründə bir neçə cinayət işində hallanıb. 2007-ci ildə o, dövlət çevrilişinə cəhddə, 2009-cu ildə isə qanunsuz odlu silah saxlamaqda günahlandırılırdı. Qamsaxurdiyanı Rusiyanın xeyrinə casusluqda da ittiham etmişdilər, ancaq sonradan məhkəmə bu faktda ona bəraət vermişdi.

Oxunub: 424
Oxşar xəbərlər
SON XƏBƏRLƏR