Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu baxımdan TANAP layihəsinin gerçəkləşdirilməsi tarixi hadisədir.
Bu fikri TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimini şərh edən Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko söyləyib.
Mərkəzin rəhbəri qeyd edib ki, TANAP qaz layihəsi alternativlik yaratdığından Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. TANAP-ın işə düşməsi Avropa ölkələrinin Azərbaycan qazını alması üçün əlverişli imkan yaradacaq.
Xatırladaq ki, noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.