Gürcüstanda patrul dəstələrinin sayı artırılacaq.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri parlamentin komitə dinləməsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, məqsəd yol hərəkəti qaydalarına riayət edilməsini yaxşılaşdırmaqdır.
Bundan başqa, patrul polisinə məlumat ötürülməsi üçün mobil tətbiqetmənin yaradılması da planlaşdırılır. Bu tətbiqetmə ilə vətəndaşlar yol hərəkəti qaydalarının pozulması barədə patrul polisinə məlumat ötürəcəklər.
Oxunub: 580