dini radikalizm və ekstremizmlə mübarizə

Almaniya Fələstin-İsrail münaqişəsinin həllini iki dövlət yaratmaqda görür

[img]https://ww3.apa.az/upload/news/2019/june/10/big/435cfde79339a64.jpg[/]

Fələstinlə İsrail arasındakı münaqişənin nizamlanmasının yeganə yolu iki müstəqil dövlət yaratmaqdır.

Djb.az “Interfax”a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Hayko Maas deyib. Bununla o, danışıqlar yolu ilə iki dövlətin yaradılmasına dair razılıq əldə olunmasını “yeganə çıxış yolu” adlandırıb.

Maas öz açıqlamasını İordaniyanın XİN rəhbəri Ayman əs-Safadi ilə paytaxt Əmmanda keçirilən birgə mətbuat konfransında edib.

Qeyd edək ki, iyunun 7-də H.Maas üç Yaxın Şərq ölkəsinə səfər edib. Onun İordaniya, BƏƏ və İrana gedəcəyi açıqlanıb. Səfər çərçivəsində o, Bağdadda da olub. Ancaq təhlükəsizlik məsələləri ilə əlaqədar onun səfərinin bu hissəsi barədə əvvəlcədən rəsmi anons verilməyib.

Oxunub: 484
Oxşar xəbərlər
SON XƏBƏRLƏR