"Arsenal"ın türk ulduzu Mesut Özil nişanlısı Amina Gülşe ilə iyunun 7-də nikah masasına oturacaq.
Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, bu haqda Almaniya nəşrləri məlumat yayıb. Futbolçunun nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacağı bildirilib.
Özilin keçmiş futbolçu dostlarının nikaha qatılmasını istəmədiyindən 7 iyun tarixini seçdiyi iddia edilib. Xəbərə görə, iyunun 8-də Belarus-Almaniya matçı keçiriləcəyi üçün onun sabiq komanda yoldaşları nikaha qatıla bilməyəcəklər.
2 il əvvəl nişanlanan cütlüyün toyu İstanbulda "Four Seasons Bosphorus" otelində keçiriləcək.