Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən və son məlumatlara görə, 359 nəfərin ölümü, 520 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədənlər barədə yeni faktlar aşkarlanıb.
Djb.az Sky News-a istinadən xəbər verir ki, Şri-Lankanın müdafiə naziri Ruvan Vicevardene terrorçuların Böyük Britaniyada yaxşı təhsil aldığını və maliyyə asılılıqlarının olmadığını qeyd edib:
“Hücumçular 9 nəfər olub. 8 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.Terrorçulardan biri qadın olub. O polislər evinə axtarışa gələrkən həm özünü, həm də polisləri partladıb”.
Qeyd edək ki, Şri-Lankadakı partlayışlardan sonra 60 nəfər həbs edilib. Araşdırmalar davam edir.Terror aktlarından sonra İŞİD məsuliyyəti öz üzərinə götürüb.