Rusiya və Qırğızıstan 2012-ci ildə imzalanmış Rusiya birləşmiş hərbi bazasının respublikada olma şərtləri və statusuna dəyişikliklər edib.
Axar.az xəbər verir ki, tərəflər bununla bağlı protokolu bu gün Bişkekdə imzalayıblar. Rusiya tərəfindən protokola Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin imza atıb.
Qeyd edək ki, imzalanan protokola əsasən, Rusiya Qırğızıstandakı hərbi obyektlərinin ərazisini təxminən 60 hektara qədər artıracaq. Bununla bərabər, Rusiyanın bu hərbi obyektlərə görə ödəyəcəyi icarə haqqı da 291,5 min dollar artaraq, 4,8 milyon dollara çatacaq.
Qırğızıstandakı Rusiya birləşmiş hərbi bazasının tərkibində 4 hərbi obyekt yer alıb. Bu bazalarda qulluq edən hərbçilər diplomatik işçilər sayılır və toxunulmazlıq statusuna sahibdirlər.