dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada qəzada ölən azərbaycanlıların adları açıqlanıb

Rusiyada qəzada ölən azərbaycanlıların adları açıqlanıb

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

Open.az xəbər verir ki, ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.

Oxunub: 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR