dini radikalizm və ekstremizmlə mübarizə

Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq

Antarktidada buzlaqların əriməsi prosesi təəccüb doğuracaq miqyasda artır.

Turkustan.info xəbər verir ki, bu barədə Kaliforniya və Utrext universitetləri və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimlərinin tədqiqatında bildirilib.

Araşdırmalara görə, 1990-cı ilə qədər Antarktida illik 40 giqaton su itirib. Lakin artıq 2009-cu ildən etibarən bu rəqəm 6 dəfə artaraq 252 giqatona çatıb. Antarktidanın şimalı bu baxımdan ən çox su itirən bölgə kimi yadda qalıb. Belə ki, alimlər bu ərazinin iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən hissə olduğunu qeyd ediblər.

Tədqiqat qrupunun rəhbəri Erik Rinqonun fikrincə, yaxın 100 il ərzində dünya okeanının səviyyəsi bir neçə metr yüksələcək və bu da öz növbəsində okeanda yerləşən kiçik ada dövlətlərinin tamamilə sular altında qalmasına səbəb olacaq. /Axar.az/

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR