dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunması haqda iclası 5 saat çəkib

Baxış Sayı:55

Türkiyə Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunması haqda iclası 5 saat çəkib

Noyabrın 25-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, 5 saata yaxın davam edən toplantıda bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub.

İclasda Azərbaycanın torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub. Bu çərçivədə imzalanan atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli olduğu vurğulanıb.

İclasın yekunu ilə bağlı yayılan açıqlamada bildirilir ki, Türkiyə bundan sonra da terrorçuluqla mübarizədə qətiyyət göstərəcək, milli təhlükəsizliyinə təhdid yaradan bütün təsirləri dəf etmək üçün imkanlarından istifadə edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR