» » Qarabağda müharibə hər an başlaya bilər - PAŞİNYANDAN DƏHŞƏTLİ SƏHV...

Qarabağda müharibə hər an başlaya bilər - PAŞİNYANDAN DƏHŞƏTLİ SƏHV...


Paşiniyanı sələflərindən fərqləndirən ən mühüm cəhət ikiüzlü və qorxaq olmasıdır. O, işğal altında olan torpaqlara səfər etməklə, özünü bütün ermənilərin lideri kimi göstərməyə çalışır. Amma nə qədər çalışsa da, əhali onu qəbul etmir. Çünki xalq da onun nə qədər qorxaq və ikiüzlü olduğunu başa düşüb”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov Ermənistan Baş nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan qısa zamanda Paşinyana həddini bildirməlidir:

“Paşniyanın Qarabağa səfəri göstərir ki, Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymaq istəmir. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ikiüzlü siyasət aparır. Belə ki, o, danışıqlarda özünü bir cür, erməni ictimaiyyətində isə başqa cür göstərir. Əslində o, bununla vaxt qazanmağa çalışır. Bu baxımdan Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışmaq vaxt itkisidir. Bu günə qədər gözləyirdik ki, Rusiya tərəfi Ermənistana Dağlıq Qarabağı boşaltması ilə bağlı təzyiqlər edəcək. Lakin açıq aydın görününr ki, Rusiyanın belə bir niyyəti yoxdur. Buna görə Azərbaycan qısa zamanda Nikol Paşniyana həddini bildirməlidir”.

Politoloq bildirib ki, Ermənistan tərəfi torpaqları sülh yolu qaytarmaq niyyətində deyil:

“Belə görünür ki, Nikol Paşinyan bütün bu addımları ilə Azərbaycanı müharibəyə təhrik edir. Düşünürəm ki, onun işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsinin səbəbi də məhz budur. Ümumiyyətlə, bütün bunlar bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq, düşmən tərəfi Dağlıq Qarabağ məsələsində kompromisə getmək niyyətində deyil”.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031