» » TƏLƏBƏLƏRİN BİR QİSMİ HƏLƏDƏ TÜRKİYƏDƏ GÖZLƏYİR

TƏLƏBƏLƏRİN BİR QİSMİ HƏLƏDƏ TÜRKİYƏDƏ GÖZLƏYİR


Bildiyiniz kimi bir neçə gün öncə, gənc jurnalist Fəridə Nizamiqızının sosial şəbəkədə canlı yayımını izlədikdən sonra Djb.az rəhbəri olaraq əlaqədar təşkilatların nümayəndələrindən biri dəyərli vətənsevər Ələsgər Həkimova müracət etdim və gənc jurnalistin həyəcan təbili çaldığını bildirdim. İstanbul hava limanında, çarəsiz qalan Azərbaycanlı tələbələrimiz haqqında paylaşım etməsini və mənimdə işıqlandırdığımı bildirdim. Mənim müraciətimin şərh bölümündə Səadət adlı xanım etdikləri yardımdan söz açdığı üçün mənimlə əlaqə saxlamasını xahiş etdim. Nə gözəlki paylaşimlarımız diqqətlərdən kənarda qalmır. Səadət xanım Türkiyədəki tələbələr haqqında məlumat verdi və Türkiyədə "Azərbaycanli iş adamları " və hətta orda yaşayan azərbaycanlılar və türk qardaşlarımız tərəfindən ac - susuz və hava limaninda qalma məcburyətində olan tələbələrimiz yardımlar etmiş və otelə yerləşdirilmişdiridikləri haqqda tam məlumat verdi. Nəhayət ötən gün 22 nəfər tələbəmiz vətənə - Azərbaycan Respublikas Naxçıvan şəhəri Şərur rayonuna gətirilərək Hərbi kazarmaya yerləşdiriliblər. Hal- hazirda durumlari yaxşidir.

P.S. Aldığım məlumata görə Azərbaycan vətəndaşlarından hal-hazırda bir çoxları türkiyədə yaşayan insanlar tərəfindən evlərinə yerləşdirilib. Bu Azərbaycan Türkiyə qardaşlığın bir daha bariz nümunəsidir. Çənbərli daşda olan Küpəli otel və NuHaus otelində yerləşən tələbələrdən Əlizadə Şəhramla mütəmadi əlaqə saxlayıram o bildirdi ki, mart ayının 5 dən gözləyən tələbələrin bir qismi yola düşsədə 30 nəfərə yaxın azərbaycan vətəndaşı hələ ordadır onlardan 27 si tələbədir. Onlara dəstəy olan Türkiyədə təhsil alaraq ilk məzunlardan olan Mahirə xanımla əlaqə yaratdım. O, bu işdə zəhməti olan könüllülərdən söz açdı və Səfirliyinin əməkdaşı Nəcibə xanımın böyük zəhməti olduğunu qeyd etdi. Güc birlikdədir bu məqam yadıma bir atalar sözü düşdü, "Tək əldən səs çıxmaz".
Gənc jurnalistin canlı yayım açması nəticəsində aldığımız informasiya bizləri bir çox addımlar atmağa dəstəy oldu. Hər zaman dövlət başçımız "Bilmədiyim çox şeyi jurnalistlərin vasitəsi ilə öyrənirəm" deməsinin bariz nümunəsi bir daha bizim işimizlə öz təsdiqin tapdı. Əlaqədar təşkilatların rəhbərlərinə üztutaraq etdiyimiz müraciətləri dövlətimiz tərəfindən həyata keçirildi. Yaxın günlərdə İstanbulda qalan tələbələr və vətəndaşlar vətənə yola salınacaqlar xəbərini vermək istərkən bu gün tələbələrin hələlik Yurdlara yerləşdiriləcəkləri xəbərini aldıq.
Türkiyədə olan həmvətənlilərimizlə bağlı mövzuya təkrar qayıdacağıq.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031