dini radikalizm və ekstremizmlə mübarizə

Trampın qərargahı Viskonsin ştatının iki dairəsində səslərin yenidən sayılmasını istəyib

Baxış Sayı:83

Trampın qərargahı Viskonsin ştatının iki dairəsində səslərin yenidən sayılmasını istəyib

ABŞ-ın hazırkı prezidenti Donald Trampın qərargahı Viskonsin ştatının iki dairəsində prezident seçkiləri ilə bağlı səslərin yenidən sayılmasını istəyib.

APA xəbər verir ki, bu barədə Trampın seçki qərargahı “Twitter” səhifəsində bildirib.

“Tramp kampaniyası Viskonsinin iki dairəsində səslərin yenidən sayılması üçün müraciət edib”, - məlumatda belə deyilir.

Söhbət Dayn və Miluoki dairələrindən gedir. Trampın nümayəndələri bu dairələrdə etibarsız bülletenlərin sayıldığından, bülletenlərin saxta yolla verilməsindən və digər qanun pozuntularının olmasından şübhələnirlər.

“Bu iki seçki dairəsi ən ciddi pozuntuların aşkarlandığı yerlərdir”, - deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabr tarixində keçirilib. İlkin məlumatlara görə, Demokratların namizədi Co Bayden seçkilərdə qələbə qazansa da, Respublikaçı Donald Tramp öz məğlubiyyətini hələ də etiraf etməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR