Xaçmaz şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi Zeynəb Cümşüdova fizika fənni üzrə Respublika Fənn Müsabiqəsinin (RFM) final mərhələsinə yüksəlib. Zeynəb hicablı bir qızdır – bu, hicabın elmə, zəkaya, zəhmətə və uğura heç bir maneə olmadığının canlı sübutudur.
Təəssüf ki, son aylarda Azərbaycanın bəzi məktəblərində hicablı qız uşaqları “ya başını aç, ya da məktəbə gəlmə” dikdəsi ilə təhsildən məhrum edilir. Lakin Zeynəb kibi minlərlə hicablı qız var ki, onlar elmə, bilikə can atır, fizika, riyaziyyat, biologiya kimi çətin elm sahələrində yüksək nəticələr göstərirlər.
Hicab beyni örtmür, saçları örtür. Hicab təhsilə maneə deyil – maneə olan məntiqsiz qadağalardır.
Müəllim Gülnar Xanbabayeva şagirdinin əldə etdiyi nailiyyətə görə ona təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayır.
Oxunub: 6