dini radikalizm və ekstremizmlə mübarizə

Nailə Adilqızının poeziya dünyasından incilər


Ah İstanbul sevdim səni

Ah İstanbul sevdim səni.
Dalğalanan dənizini,
Dənizinin sahilini,
Sahilndən seyr edilən,
Nağıl kimi sıralanan,
Yeddi təpə görkəmini.
Qız küləni, minarə,məsçidlərini
Həzin əsən küləyini,
şəfəq saçan günəşini.

Gözəl məkan
Əsrarəngsiz gözəlliyin,
Döndəribdi ağlı başdan.
Sevməz olarmı heç səni
Ağuşuna gələn insan.
Aşiq oldum səni ilkcə gördüyün an.
Sən tarixin möhtəşəm bir əsərisən.
Süleymanın,Atatürkün vətənisən.

Hər tərəfdən sıralanan minarələr,
Hüzuruna gələnləri salamlayan.
Dini islam, elmi Qurandan başlayan.
Gözəl məkan!
Ah İstanbul sevdim səni.
Ey Tanrımın şah əsəri.
Heyran edir gözəlliyin,
Hüzürüna gələnləri.


Dünyanın ürəyindən qan axır

Bu dünyanı Yaradan, yaratdı yaşayasan.
İxtiyarın yox sənin dünyanı dağıdasan.
Ancaq yenə göstərir insan vəhşi xilqətin,
Torpaq üstə qan tökür, alır şeytan sürətin.

Dünya doyub topların, bombaların səsindən,
Susdurun bu səsləri nəfəs alsın dərindən .
Sərhəd çəkib hər dövlət torpaq üstə davadı.
Bilmirlər ki, bu dünya necə fani dünyadı.

Dünya süzür səmada gözlərindən qəm yağır.
Səmada gəzəgənlər dünyaya bir çür baxır.
Deyirlər, bu nə səsdi hərdən silkələnirsən,
Bizim kimi sən niyə sevinib, gülməyirsən?

Bilmirlər ki dünyanın ürəyindən qan axır.
Hər tərəfindən, hər gün gör neçə yara alır.
Sinəsində, dözülməz şeytanlar məskən salıb.
Hər atılan bombalar dünyanı yaralayıb.

Şikayət etmir heç vaxt yaşatdığı nadandan.
Fikirləşir cavabın özü verəcək dövran.
Fırlanır qəmli qəmli, səbri böyük dünyanın,
Səbri dolunca ancaq, almaq olmaz qabağın.

Hələ susur, danışsa od tökəcək dilindən.
Gözü doymayanların, gətirəcək gözündən.
Qan qusdurub alacaq şəhidlərin ahını,
Siləcək köklərini, dünyadan yer üzündən .


Vətən sevgisi

Anlı qırış üzü nurlu , beyazlamış saçları da,
Yola salmış çox illeri itirmişdi dostları da,
Darıxırdı her gün yaman tapmayır özünə həmdəm.
Qəribsəyir öz evində, gözlərindən süzülür qəm.

Hanı mənim tayım- tuşum, hanı mənim elim obam?
Ayrı düşüb yolum mənim, tənha qalıb darıxıram.
Arzulayır doğmaların,düşür hərdən bir cür hala,
Sızıldayan ürəyində, bağlamış hər tərəf yara.

Tapmayır özünə həmdəm, tay tuşunu o arayır,
Gəlib gedən keçmişini ürəyində
sadalayır.
Atasını, anasını, sevdiklərin xatırlayıb,
Gah üzünə gülüş qonur, gah görürsən sızlayır.

Qərib düşüb öz elindən, qərib elli olub qoca,
Xəyalında öz elini, hər gün dolanır doyunca.
El obaya olan sevgi, ürəyində dönüb dağa,
Pəncərədən baxan gözlər, uzanırdı yol boyunca.

Bu yolların sonu yoxdu,uzandıqca uzanacaq.
Bu ümüdün sonu görən nə vaxtı sona çatacaq ?
Ömür vəfa edər buna, düşüncələr yordu onu.
Elə vətən deye deyə bəlkə bir gün olmayacaq .
Bu dünyası çatdı sona , öz elinə o dünyada qovuşacaq .


Şəhid adın mübarək .

Ay ana, ağlama dik tut başını.
Şəhidlər ölmürlər tutma yasımı.
Ruhum ətrafında dolanır durur,
Halal et vətənə mənim qanımı.

Gedən çismim oldu ruhum səninlə,.
Fəxr elə ay ana, sən Şəhidinlə.
Hər kəsin bir alın yazısı olur,
Məni duymaq üçün qəlbini dinlə.

Kimi əməlilə, kimi canıyla,
Kimi qələmiylə, kimi qanıyla.
Hər kəs bu vətənə xidmət etməli.
Gücü yetən qədər hər amalıyla.

Vətənin başını uca tutanlar,
Ən ali rütbəyə layiq olanlar,
Ya şəhid oldular,ya da ki qazi.
Vətənim uğrunda canın qoyanlar!

Gülün qönçəsi tək açmadan soldun,
Ananın gözünü sən yolda qoydun.
Ruhun qarşısında baş eyirəm mən,
Ən uca rütbəyə sən layiq oldun.

Bir gözün ağlasa bir ğözün gülsün,
Halaldı oğluna verdiyin südün.
Torpaqdan yaranan torpaq olacaq,
Bir şəhid yerinə min doğulacaq.

Şəhid adın mübarək şəhid qardaşım,
Vətənin oğlusan, sən vətən daşım.
Yerdə qalmadı bir damla qanın,
Sizinlə fəxr edir Azərbaycanım!


Talehin qələmi.

Yer üzün gah quran, gah qarışdiran
Göylərdən güç alıb yerdə yaşayan
Cismi yerde olub, ruhu fəzada
Yerlə göyün arasındadır insan.

Gör necə yaradıb bizi Yaradan?
Heç kimə verməyib sonsuz ehtiram.
Nə qədər dünyaya hakim olsa da,
Düşünsə görər ki acizdir insan.

Məna var ey insan hər addımında
Tikan toxumları əkmə yolunda
Mənasız işlərlə özünü yorrma
Soyuq məzarlara məhkumdir insan.

Aciz bir bəndəyik harda olsaq da,
Talehin qələmi yalnızca Haqqda
Dövranı dəyişər, dörvan dəyişən.
Ya kasıb evdə ol, yada sarayda.


Yüksələn bayrağım .

Yaşa odlar yurdum Azərbaycanım.
Səndən ilham alır ürəyim, canım.
Var olsun yurdumun mərd oğulları,
Sizə əmanətdir vətən torpağı.

Od püskür nəfəsin yaxsın düşməni,
Bir də düşünməsin bizim vətəni.
Son olsun düşmənə bu verdiyin dərs,
Qızıl xətlə yazdın sən səlnaməni.

Qoru vətənmi yağı düşməndən,
Sizə əmanətdir hər zaman Vətən.
Mübariz ordumun qəhrəmanları,
Yaşatmaz vətənə xor baxanları.

Qaldır bayrağımı qoy dalğalansın,
Hər tərəf rəngindən nura boyansın.
Canını vətənə fəda edənlər,
Ruhunuz sevicdən payını alsın.

Yüksələn bayrağım bir də enməsin,
Üstünə duman çən bir də gəlməsin.
Səs sal Azərbaycan hürriyyətinlə,
Dünya, şöhrətindən desin dövlətim.


Şəhidlər .

Haqqınız ödənməz sizin şəhidlər
Borcluyuq biz sizə keçsə əsrlər
Nur üzlü oğullar, qəhrəman ərlər
Yandırır qəlbləri sizin şəkillər

Siz bütün qəlblərə saldınız yara,
Gəlinlər başına bağladı qara .
Ata həsrətiylə yandı körpələr,
Analar gözlərin dikdilər yola.

Arzusu puç oldu necə qızların,
Bəzisi geymədi nişan paltarın.
Kimi könül verdi, kimi söz aldı,
Hər şəhid, bir ömrə bir naxış saldı.

Böyüdü bəzisi Vetən qoynunda,
Atasız,anasız uşaq yurdunda
Yetirdi Vətənə olan borcunu
Canını pay verdi Vətən yolunda

Əsrlər kesə də dolansa dövran
Xalqımın qəlbindən silinməz bu qan
Adınız dillərdə olacaq dastan,
Unutmaz şəhidin can Azərbaycan.

Oxunub: 1 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR