Departament müdiri Qalatasaray Universitetində
Siyasi Elmlər və Fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev Qalatasaray Universiteti Strateji Araşdırmalar Mərkəzinin müdiri Dos. Tolga Bilenerin dəvəti ilə 19-23 aprel 2026-cı il tarixlərini əhatə edən proqramda iştirak etmişdir.
21 aprel tarixində Dos. Vəliyev proqram çərçivəsində azərbaycanlı, türk, fransız, belçikalı və yunan tələbələr üçün mühazirə oxumuşdur. Seminar “Beynəlxalq təhlükəsizlik dinamikasından regional dinamikaya: İran münaqişəsinin Cənubi Qafqaza təsiri” (“From International Security Dynamics to Regional Dynamics: the Impact of the Iran Conflict on the South Caucasus”) mövzusuna həsr olunmuşdur.
Dos. Vəliyev eyni zamanda universitetin Beynəlxalq münasibətlər kafedrası tərəfindən təşkil olunan beynəlxalq siyasət və təhlükəsizlik mövzusunda konfransa qatılmışdır. Daha sonra kafedranın müəllim heyəti ilə görüş keçirilmişdir.
Oxunub: 0