Bu gün mənim üçün həm böyük qürur, həm də dərin minnətdarlıq günüdür.
Düz 2 il əvvəl “Biznes TV” bir xəyal kimi, cəsarətli bir addımla həyatımıza daxil oldu. O zaman yalnız ideyalarımız və inamımız var idi. Bu gün isə geriyə baxanda anlayıram ki, o cəsarət bizi düşündüyümüzdən də uzaqlara aparıb.
Rəsmi təsisimiz 2 il əvvələ təsadüf etsə də, aktiv fəaliyyətimiz cəmi 1 ildir. Amma bu yol heç vaxt tək gedilmədi. Bu uğurun arxasında mənim ən böyük dayağım – hər çətinlikdə yanımda olan, bu yolu mənimlə çiyin-çiyinə addımlayan həyat yoldaşım dayanır. Biz bu layihəni sadəcə iş kimi deyil, bir ailə dəyəri kimi böyütdük
Və əlbəttə, komandamız…
Hər kadra ruh, hər xəbərə nəfəs verən möhtəşəm əməkdaşlarımızın əməyi danılmazdır. Bu gün bizimlə olan hər kəsə təşəkkür edirəm. Eyni zamanda, bir vaxtlar yolumuzun kəsişdiyi, “Biznes TV”nin təməlində izi olan, bu gün isə fərqli istiqamətlərdə davam edən bütün keçmiş əməkdaşlarımıza da minnətdaram. Hər biriniz bu uğurun bir parçasısınız.
Komandama eşq olsun.
“Biznes TV” olaraq missiyamız dəyişməz qalır:
Ölkəmizin iqtisadi potensialını dünyaya tanıtmaq, şəffaf kommunikasiya mühiti yaratmaq və hər bir sahibkarın uğur hekayəsini geniş auditoriyaya çatdırmaq.
Biz birlikdə böyüyürük, birlikdə öyrənirik və ən əsası – işimizi sevgi ilə görürük.
Bizi izləyən və dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm!
Ad günün mübarək, Biznes TV!
Oxunub: 0